Mərkəzi Bank uçot dərəcəsini yenidən azaltdı

  • 14:28 - 13 Dekabr

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 7,75 faizdən 7,5 faizə endirilməsi barədə qərar qəbul edib.

AMB-dən Avropa.info-ya bildirilib ki, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik (9.25 faiz və 5.75 faiz) diapazonda müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 8 faizdən 7,75 faizə endirmişdi.


Oxunma sayı: 5677

Oxşar yazılar