Millimizin baş məşqçisi istefaya göndərildi

  • 12:30 - 13 Dekabr

Nikola Yurçeviç futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.

Avropa.info xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Xorvatiyalı mütəxəssisin istefaya göndərilməsi Azərbaycan millisinin "AVRO-2020"nin seçmə mərhələsindəki uğursuz çıxışı ilə əlaqədardır. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq Yurçeviçlə milli komandanın yolları ayrılıb.

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunmuşdu.


Oxunma sayı: 5996

Oxşar yazılar