"Qarabağ" döyüş növləri klubu dünya kuboku turnirində

  • 12:15 - 13 Dekabr

Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin, Dünya Budo Döyüş Növləri Federasiyasının və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə budo döyüş növləri üzrə dünya kuboku turniri keçirilib. 

Avropa.info xəbər verir ki, 14 ölkədən 900-dək idmançı iştirak edib. 

Yarışlar semi-kontakt, full-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib. 

Dünya kuboku turnirində iştirak edən klubların arasında "Qarabağ Azərbaycandır !" şüarı altında yeni təsis edilən "Qarabağ" döyüş növləri klubuda iştirak edib. Klub 10 nəfər idmançı ilə turnirə qatılaraq uğura imza atıb. Belə ki, iki nəfər 1-ci yer, altı nəfər 2-ci yer, iki nəfər isə 3-cü yerə layiq görülüb. 

Klubun birinci vitse-prezidenti Nübar Abbaslı turnirlə bağlı Avropa.info-ya açıqlama verib.

"Ümimmilli lider Heydər Əliyevin belə bir sözləri var idi: “İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir”. Biz bu sözləri unutmayaraq hər bir uğurumuzla Azərbaycan adını yüksəltməyi özümüzə borc bilirik", deyə o bildirib.


Oxunma sayı: 10704

Oxşar yazılar