ABŞ Senatının saxta “erməni soyqırımı” qərarına Türkiyə XİN-dən sərt reaksiya

  • 11:16 - 13 Dekabr

Türkiyə XİN ABŞ Senatının 1915 hadisələrini “erməni soyqırımı” kimi tanıması ilə bağlı bəyanat yayıb. 

Avropa.info xəbər verir ki, bəyanatda Senatın qərarı, "tarixin necə siyasiləşdirilməsinin utancverici nümunələrindən biri" kimi şərh edilib.

“ABŞ Senatının 1915-ci il hadisələri ilə 12 dekabr 2019-cu ildə tarixli qərarı hər cür tarixi özünüdərkdən və hüquqi əsaslardan məhrumdur.

Senatın bu qərarı tarixi necə siyasiləşdirilməsinin utancverici nümunələrindən biridir. Ancaq tarixi siyasi məqsədləri üçün istifadə edənlər həqiqətləri görməməzliyə vuraraq, əsla məqsədlərinə çatmayacaqlar. Bu qərar, eyni zamanda, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi yönündəki səyləri də dalana dirəyən təxribatçı təşəbbüsdür” – bəyanatda deyilir.

Bəyanatda Türkiyənin regiondakı maraqlarını qorumaq üçün apardığı mübarizənin bu cür haqsız və mənasız qərarlardan təsirlənməyəcəyi və bu mübarizəyə qətiyyətlə davam edəcəyi bildirilir.


Oxunma sayı: 8075

Oxşar yazılar