Bakıda 12 yaşlı ruhi xəstə uşaq itkin düşdü

  • 10:27 - 13 Dekabr

Bakıda ruhi xəstə olan azyaşlı itkin düşüb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsindəki 10 saylı yataqxanada baş verib.

Həmin yataqxananın 43-cü mənzilində yaşayan, 2007-ci il təvəllüdlü əqli qüsurlu İlkin Rövşən oğlu Canqayev yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3466

Oxşar yazılar