Bakıda 2 bıçaqlı şəxs insanlara hücum edib - FOTO

  • 23:50 - 12 Dekabr

Bakının Səbail rayonunda iki nəfər bıçaqlı şəxs insanlara hücum edib.

APA-nın məlumatına görə, hadisə Nizami küçəsində baş verib.

Həmin şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakıları bıçaqla təhdid etsələr də, başqa insanlara deyil, özlərinə xəsarət yetiriblər.

Əraziyə polis əməkdaşları cəlb olunub. Polis onların saxlanılması üçün əməliyyat keçirib və hər iki şəxs saxlanılaraq polis orqanına aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.

2 / 2

 


Oxunma sayı: 14070

Oxşar yazılar