Donald Tramp: ABŞ və Çin ticarət sazişi imzalamağa çox yaxındırlar

  • 21:48 - 12 Dekabr

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların və Çinin ticarət sazişi imzalamağa çox yaxın olduqlarını bildirib.

Donald Tramp bu barədə özünün Twitter səhifəsində məlumat verib. “Çin ilə böyük müqavilə imzalamağa çox yaxınlaşmışıq. Onlar bunu istəyir, biz də həmçinin”, - ABŞ Prezidenti belə yazıb.

Donald Trampın bu gün öz müşavirləri ilə Çinlə ticarət sazişi mövzusunda məsləhətləşmələr aparacağı bildirilir.

ABŞ və Çin bir ildən çoxdur ki, “ticarət müharibəsi” vəziyyətindədir. Hər iki ölkə rüsumları dəfələrlə qarşılıqlı olaraq artırıb, yaxud yeni rüsumlar tətbiq edib. Dünyanın böyük iqtisadiyyatına malik dövlətləri arasında bu ticarət mübahisələri ümumi iqtisadi artıma mənfi təsir göstərir.

Bir qədər əvvəl ABŞ dekabrın 15-də Çin mallarına növbəti idxal rüsumlar tətbiq olunacağının anonsunu edib.


Oxunma sayı: 3763

Oxşar yazılar