Avropa Liqası: "Qarabağ" mövsümü heç-heçə ilə başa başa vurub

  • 23:30 - 12 Dekabr

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” avrokubok mövsümünü başa vurub.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin VI turunun matçını keçirib.

Mübarizəni qrupda dayandıracağı ötən tur rəsmiləşən Qurban Qurbanovun yetirmələri “Düdelanj”la görüşüb. Lüksemburq təmsilçisi ilə matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

1/16 final şansı qalmayan uğursuzların görüşündə qalib müəyyənləşməyib. İkinci hissənin əvvəlində Qara Qarayevın qırmızı vərəqə almasından sonra “Qarabağ” azlıqda qalıb ki, lüksemburqlular da say üstünlüyündən yararlanaraq hesabı açıblar. Təmsilçimiz yalnız görüşün sonlarında Maqaye Qeyenin qolu ilə məğlubiyyətdən qaçıb.

Bu bərabərlik “Qarabağ”a 3-cü pilləni qorumaq imkanı verib. “Düdelanj” isə qrup sonuncusu olub.

Qeyd edək ki, qrupun digər oyununda APOEL “Sevilya”nı qəbul edib. Kipr təmsilçisi ev görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, ispaniyalıların ilk xal itkisi olub.

 

****

Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) oyununda hesab açılıb.

 

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 63-cü dəqiqəsində qonaqlar hesabı açıblar. “Düdelanj”ın heyətində Sabir Buqren fərqlənib. 

***

Saat. 22:55

Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) oyununda ikinci hissə başlayıb.

, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra qolsuz bərabərlikdir – 0:0. 

***

Saat. 22:41

Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) oyununda fasilə yaranıb.

Bakıda keçirilən matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb – 0:0.

Bu gün Avropa Liqasında qrup mərhələsinin son turunun oyunları keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” da növbəti avrokubok oyununa çıxacaq.

Ağdam klubu cari mövsümdə son beynəlxalq matçında qüvvəsini sınayacaq. A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri Lüksemburqun “Düdelanj” komandası ilə görüşəcək.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç hər iki komanda üçün formal xarakter daşıyır. 1/16 final şansları itən “Qarabağ”la “Düdelanj” yalnız sonuncu olmamaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, qrupun digər oyununda APOEL “Sevilya”nı qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr, A qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
Baş hakim: Kristo Tohver (Estoniya)
Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 20. Riçard Almeyda, 23. Fayçal Rerras, 71. Tural Bayramov, 99. Maqaye Geye
Baş məşqçi: Qurban Qurbanov
Düdelanj: 1. Conatan Juber (k), 4. Kobe Kols, 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antone Bernye, 27. Adel Bettayeb, 28. Şarl Morren, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren
Ehtiyat oyunçular: 30. Tim Kips, 8. Mario Pokar, 15. Rikardo Delqado,  23. Rayan Klapp, 24. Mehdi Kirş, 98. Loran Mendi
Baş məşqçi: Bertran Krasson
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1Sevilya550014-215
2APOEL52129-87
3Qarabağ51137-104
4Düdelanj51047-17

3

 


 

***

“Qarabağ” və Lüksemburq “Düdelanj” komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin VI tur oyunu üçün start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Qarabağ”: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov

“Düdelanj”: 1.Conatan Juber (k), 4. Kobe Kols 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaybe, 28. Şarl Morren 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.


Oxunma sayı: 11870

Oxşar yazılar