Rusiyaya məxsus “Admiral Kuznetsov” kreyserində baş vermiş yanğın nəticəsində 10 nəfər yaralanıb

  • 21:12 - 12 Dekabr

Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş vermiş yanğın nəticəsində 10 nəfər yaralanıb, bir nəfər itkin düşüb.

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus olan və Murmanskda təmirə dayanmış gəmidə yanğın dekabrın 12-də səhər saatlarında baş verib. Hadisənin qaynaq işləri zamanı qığılcımın yerə tökülmüş mazutun üstünə düşməsi nəticəsində baş verdiyi ehtimal olunur. Xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib.

 


Oxunma sayı: 10957

Oxşar yazılar