İmişlidə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib - Fotolar

  • 20:02 - 12 Dekabr

İmişlidə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Avropa.info xəbər verir ki, dekabrın 12-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.. Bu da İmişli əhalisinin Heydər Əliyev şəxsiyyətinə və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevə sadiq olmalarının daha bir bariz nümunəsi idi. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, Azərbaycanı böyük bir fəlakətdən xilas etmiş, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırlamaqla Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışmış, bununla da  müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz əbədi yerini tutmuşdur.
   Anım mərasimi daha sonra Heydər Əliyev mərkəzində Ümummilli liderin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı filmə baxışla davam etdirilib.

 

 

 

 

 

 

 


Oxunma sayı: 11188

Oxşar yazılar