"Üçüncü dünya müharibəsi başladı" - Sensasiona açıqlama

  • 16:00 - 12 Dekabr

“Dövlətlərin əlindəki silahların 1/10-ni belə istifadə etmələri halında dünya yox ola bilər. Fiziki təhlükələrə baxdıqda bu gün Üçüncü Dünya müharibəsi başladı deyə bilərik”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İstanbul Aydın Universitetinin Milli Təhlükəsizlik və Strateji Tətbiqetmə və Araşdırma Mərkəzinin keçirdiyi forumda Türkiyənin təqaüddə olan səfiri Uluç Özülkər belə deyib.

Özülkər Üçüncü Dünya müharibəsinin başladığını, bütün müqavilələrə rəğmən ABŞ-ın əlində 7399 ədəd nüvə başlığı, Rusiyanın əlində isə 300 nüvə başlığı olduğunu qeyd edib. O, nüvə müharibəsi başlayacağı təqdirdə bu ehtiyatın cəmi onda birinin istifadə olunması halında belə dünyanın yox olacağını, super güclərin bu səbəbdən bir-biri ilə müharibə etmək yerinə mikro milliyyətçilik yolu ilə dövlətləşmə siyasəti apardıqlarını qeyd edib. Sabiq səfir XXI əsrdə XX əsrin yöndəmsiz təşkilatları ilə dünyanı idarə etməyin mümkün olmadığını və NATO-nun da bunlardan biri olduğunu deyib.

“Ordular artıq qarşı-qarşıya gəlib savaşmırlar. Nüvə silahlarının azaldılması müqavilələrinə baxmayaraq, ABŞ-ın əlində 7390, Rusiyanın əlində isə 7300 nüvə başlığı var. 9 ölkənin əlində nüvə başlığı var. Bu gün nüvə müharibəsi baş verərsə və bu silahların 1/10-i belə istifadə olunarsa dünya məhv olar. Dolayısı ilə super güclər öz aralarında müharibə etmək vəziyyətində deyillər. Onun yerinə mikro milliyyətçiliyi təşviq edirlər. Mikro milliyyətçilik yolu ilə dövlətləşmə siyasəti aparırlar və vəkalət müharibələri yolu ilə hakim mövqedə dayanaraq bu müharibələri aparırlar. Başqa deyimlə kuklaları oynadırlar. Bu da öz siyasətləri çərçivəsində dünya miqyasında çox ciddi problemləri yaradır. Cənub-şərqi Anadoludakı problemimiz də əslində birbaşa bunun bir qoludur”.

O kiber hücumlara da diqqət çəkib:

“Ən sadə formada “ABŞ prezidenti görəsən rusların oradan müdaxiləsi ilə seçildimi? – deyə fikirləşirlər. Türkiyə də keçmişdə çox ciddi kiber hücumlara məruz qalmış və dövlət səviyyəsində bunun öhdəsindən gəlmək üçün təşkilatlanmaq məcburiyyəti olan ölkədir. Türkiyənin nə qədər mərkəzdə olduğunu, geosiyasi və geostrateji baxımdan əhəmiyyət daşıdığını görə bilərik. Dolayısı ilə milli problem dediyinizdə bütün bunların hamısının cəmi sizin üzərinizdəki təsirlər və təzyiqlər şəklində ortaya çıxır”.

Universitet müəllimi və ehtiyatda olan briqada generalı Dr.Naim Bülbüloğlu Türkiyənin terror istehsal edən coğrafiyada yerləşdiyini və gələcəkdə Şərqi Aralıq dənizində Suriyanın daha ciddi təhlükə yarada biləcəyini deyib:

“Şərqi Aralıq dənizi vacib böhran mərkəzidir. Hətta gələcəkdə Suriya belə önə keçə bilər. Liviya ilə imzalanan müqavilə çox vacibdir. Bu müqavilə ilə Yunanıstan və Cənubi Kipr hökuməti, Misir və Yunanıstan arasında dəniz sərhədlərinin cızılması müqaviləsindən daha əvvəl davrandıq. Liviya və Türkiyənin sərhəd sahilləri bu müqavilə ilə birləşdirildi. Yunanıstanın Egey adalarında iddia etdiyi 6 mildən çox qitə şelfinin, xüsusilə Meis adasının qarşısı alındı. Şərqi Aralıq dənizinin Yunanıstanın gölü halına gəlməsi, orada yerləşən hidrokarbon və buna oxşar enerji yataqlarının Yunanıstan və Cənubi Kipr tərəfindən qəsb edilməsinin qarşısı alındı. Bu tarixi addımdır, amma davam etmək lazımdır. Türkiyə ilə Liviya yetməz. Türkiyə ilə Misir, Türkiyə ilə Suriya və Türkiyə ilə İsrail arasında da bu müqavilənin uzlaşdırılması lazımdır”.


Oxunma sayı: 17755

Oxşar yazılar