Ərdoğandan Kanal İstanbul projesinə qarşı çıxan İmamoğluna sərt təpki : "Öz işinlə məşğul ol, biriləri başını oxşayacaq deyə bu projedən vaz keçməyəcəyik"

  • 15:23 - 12 Dekabr

"İstanbulun bələdiyyə sədri deyir ki, Kanal İstanbul layihəsi doğru bir layihə deyil. Sən öz işinlə məşğul ol. Necə bir doğu layihə olacağını görəcəksən."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun Kanal İstanbul layihəsinə qarşı çıxmasına münasibət bildirərkən deyib. Ərdoğan Kanal İstanbul layihəsinin önəmindən danışıb. 

"Bu layihənin baş tutması üçün unversitetlər, nazirliklərimiz var gücləri ilə çalışdılar. İnşallah ən qısa zamanda Kanal İstanbul layihəsinə start verəcəyik. 

Kanal İstanbul nədir bilirsinizmi? Boğazı çox ciddi fəlakətlərdən qoruma projesidir. Bu projenin bizə həm iqtisadi, həm də ekoloji xeyri var. Eyni zamanda məsələnin siyasi tərəflərio də var ki, hələlik bundan istifadə etmirik. Vaxtı gələndə məsələnin siyasi tərəfindən də yararlanacayıq.  

Belə strateji projeni əngəlləmək üçün hər yoldan istifadə edirlər. Biz bu əngəlləmə fəaliyyətləri ilə kimlərə hansı mesajların verildiyini çox yaxşı bilirik. Biriləri bunların başlarını oxşayacaqlar deyə biz bu projeni rəfə qoymayacayıq"- Ərdoğan belə deyib.


Oxunma sayı: 10429

Oxşar yazılar