Dumanlı hava ağır yol qəzasına səbəb oldu: 3 ölü, 2 yaralı – Foto

  • 14:54 - 12 Dekabr

Türkiyənin Kastamonu vilayətində mikroavtobusun və TIR-ın iştirakı ilə ağır yol-nəqliyyat  hadisəsi baş verib.

Avropa.info avtosfer.az-a istinadən xəbər verir ki, insident səhər saatlarında Kastamonu - İnebolu avtomagistralının Seydilər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, havanın dumanlı, yolun buzlu və sürüşkən olması səbəbindən Cəfər Qızıldağın idarə etdiyi 73 SE 563 qeydiyyat nömrə nişanlı çınqıl yüklü TIR, yolun əks istiqamətindən gələn Saleh Emikinin idarə etdiyi 37 BF 334 qeydiyyat nömrə nişanlı mikroavtobusla toqquşub. Zərbənin şiddətindən TIR aşıb, mikroavtobus isə deformasiyaya uğrayıb.

Nəticədə mikroavtobusdan olan 1-i yeniyetmə, 3 nəfər dünyasını dəyişib, daha 2 nəfər isə hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

 


Oxunma sayı: 4940

Oxşar yazılar