Çempionlar Liqasında rekord - Bu qədər qol vurulmamışdı

  • 14:44 - 12 Dekabr

2019/20 mövsümü Çempionlar Liqasının qrup mərhələsi başa çatıb.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, yarışın bu dəfəki gedişatında rekord göstərici qeydə alınıb. İlk dəfə məhz bu qrup mərhələsində ən çox qol (308) vurulub. İndiyədək rekord 306 qolla 2017/18 mövsümündə qeydə alınmışdı.

Qrupda ən çox qol vuran komanda "Bavariya" (24), futbolçu isə münhenlilərin hücumçusu Robert Levandovski (10) olub.


Oxunma sayı: 15005

Oxşar yazılar