“Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun" – Siyavuş Novruzov

  • 13:40 - 12 Dekabr

Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan yuxarısı parlament seçkilərində iştirak edəcək.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var: “Bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, xüsusən gənclər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər böyük həvəs göstərir. Yəni namizədliklərini irəli sürmək üçün çox insanlar var. Bir yanlış informasiya cəmiyyətə sırımaq istəyirlər ki, guya Milli Şura seçkidə iştirak etməsə bu seçki qeyri-demokratik olacaq və s. dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində elə bir müddəa yoxdur ki, hansı təşkilat iştirak etdi, hansı təşkilat iştirak etmədi. Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də kimin iştirak edib-etməmək hər kəsin öz hüququdur”.

YAP funksioneri qeyd edib ki, Milli Şuranın qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var: “Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər və insanları aldatmağa çalışırlar və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. bunların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər. Çünki xalq bunlara etimad göstərməyəcək və bunların irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”


Oxunma sayı: 4346

Oxşar yazılar