“Suriyada kürdlərin muxtariyyət tələbini rədd edirik” – Əsəd rejiminin BMT-dəki nümayəndəsi

  • 12:44 - 12 Dekabr

“Suriyada kürd problemi yoxdur. Bu üzdən kürdlərin muxtariyyət tələblərini qəbul etmirik”.

Avropa.info xəbər verir ki, bu sözləri Suriyanın BMT-də daimi nümayəndəsi Bəşər Cəfəri Astana prosesinin 14-cü iclasının keçirildiyi Qazaxıstan paytaxtı Nursultanda deyib.

“Suriyada kürd əsilli prezident, baş nazir və nazirlər oldu. Universitet müəllimləri, ordu zabitləri və polislər arasında da kürdlər var. Qısası Suriyada kürd problemi yoxdur” -  “Rûdaw” telekanalının sualına cavab verən Cəfəri belə deyib.

Cəfəri Astana prosesinin iclası zamanı muxtariyyət kimi bütün separatçı cəhdləri rədd etdiklərini bildirib:

“Çünki muxtariyyət də bir növ separatizmdir və Suriyada buna nə hökumət, nə də xalq razılıq vermir. Ancaq dialoqa açıq olduğunuzu ifadə edirik."


Oxunma sayı: 10363

Oxşar yazılar