“Bunun səbəbi Suriyanın şimalında hazırlanan layihəyə endirdiyimiz ağır zərbədir” – Türkiyə XİN-dən Senatın qərarına sərt reaksiya

  • 11:53 - 12 Dekabr

Türkiyə XİN ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul etməsi ilə bağlı bəyanat yayıb.

Avropa.info xəbər verir ki, bəyanatda deyilir:

““Barış Pınarı” əməliyyatımız və S-400 sistemi əsası ilə ölkəmizə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində hansı amillərə görə qəbul olunduğunu bilirik. Bunun səbəbi uzun müddətdir Suriyanın şimalında diqqətlə hazırlanan layihəyə endirdiyimiz ağır zərbədən irəli gələn xəyal qırıqlığıdır”.

Türkiyə XİN sanksiya qərarı haqda “milli təhlükəsizliyimizlə bağlı suveren qərarlarımıza hörmətsizliyin yeni təzahürü” şərhi verib. 

“29 oktyabrda Nümayəndələr Palatasının qəbul etdiyi oxşar məzmunlu qanun layihəsinə lazımi reaksiya vermişdik. Bu dəfə Senatın gündəminə salınmağa cəhd olunan layihə izahatlarımızı başa düşülmək istənilmədiyini göstərir” – bəyanatda deyilir.

Türkiyə XİN Konqresi Türkiyə-ABŞ münasibətlərinə zərər verəcək addımlardan uzaq durmağa çağırıb.


Oxunma sayı: 6832

Oxşar yazılar