ABŞ-dan daha bir skandal – Senat Türkiyəyə qarşı sanksiyaları qəbul etdi

  • 11:30 - 12 Dekabr

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. 

Avropa.info xəbər verir ki, Türkiyənin Rusiyadan S-400 HHM sistemi almasının tənqid olunduğu və Suriyadakı hərbi əməliyyatının qəbuledilməzliyinin əksini tapdığı layihə 4 əleyhinə, 18 lehinə səslə qəbul edilib. 

Layihə səsverməyə qoyulmazdan əvvəl senatorlar Bob Menendez, Ceyms Riş, Mit Romni və sanksiya əleyhdarı Rend Pol arasında mübahisəyə səbəb olub.  

Senator Bob Menendez xəbərdarlıqlara baxmayaraq, Türkiyənin Rusiyadan S-400 sistemləri almasının ABŞ-ı beynəlxalq arenada zəif göstərəcəyini bildirib:  “ABŞ Türkiyə tərəfindən girov götürüldü və Senat türkləri əsəbləşdirməmək üçün erməni layihəsini qəbul etməkdən belə çəkinir”. 

Senator Riş isə Türkiyənin ABŞ-a hörmətsizlik etdiyini bu hala göz yummağın mümkünsüzlüyünü deyib. 

Türkiyə əleyhinə çıxışlara etiraz edən Rend Pol isə “Tramp hökumətinin Türkiyəyə tətbiq olunacaq sanksiyalara dair bəzi narahatlıqları var. Bu sanksiya Tramp hökumətinin Rusiya ilə aparılan danışıqlarda mövqeyini zəiflətməklə yanaşı Türkiyənin Rusiyaya daha da yaxınlaşdıracaq” deyib. 

Senatorlar Rend Pol, Ron Conson, Ted Kruz və Tom Udalın əleyhinə səs verdiyi qanun layihəsi səsverməyə qoyulması üçün Senatın Baş Assambleyasına göndəriləcək.  


Oxunma sayı: 9780

Oxşar yazılar