Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir

  • 11:28 - 12 Dekabr

Bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım günüdür. Mərhum dövlət başçısının vəfatından 16 il keçir.

Avropa.info xəbər verir ki, anım günü münasibətilə Azərbaycanın dövlət və hökumət rəsmiləri, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət edir, onun əziz xatirəsini ehtiramla yad edirlər.

Qeyd edək ki, bu gün Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş izdihamlı anım mərasimləri keçirilir.


Oxunma sayı: 3521

Oxşar yazılar