Ərdoğan və Putin Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

  • 11 Dek - 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında deyib.

Bildirilir ki, dövlət başçıları Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

"Danışıqların gedişatında ikitərəfli əlaqələr, regional məsələlər, ilk növbədə Suriyada yaranmış vəziyyət müzakirə edilib", - açıqlamada əlavə olunub.

*   *   *22:19

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyada yaranmış vəziyyəti müzakirə edəcəklər.

Virtualaz.org bildirir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Prezidenti Adminstarsiyasının sözçüsü İbrahim Kalının verdiyi məlumata istinadən xəbər yayıb.

Bildirilir ki, dövlət başçıları arasında telefon danışığı bu axşam olacaq. Söhbətin təfərrüatı, həmçinin danışığın vaxtı açıqlanmayıb.


Oxunma sayı: 914

Oxşar yazılar