Britaniyanın Con Lenon hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb

  • 22:18 - 11 Dekabr

Böyük Britaniyanın Con Lenon hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb.

Təyyarə “Liverpul” futbol klubunun sahibi Mayk Qordona məxsus olub. Hadisəyə görə hava limanında uçuşlar ləğv edilib və təcili yardım qrupu çağırılıb.

Göyərtəsində 1 sərnişin və 3 heyət üzvünün olduğu təyyarədə xəsarət alan olmayıb.

Hadisə ilə bağlı hava limanından verilən məlumatda uçuşlarda yaranan gecikmələrə görə sərnişinlərdən üzr istənilib və uçuş-enmə zolağının bir müddət bağlı olacağı bildirilib.


Oxunma sayı: 6733

Oxşar yazılar