AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək

  • 22:00 - 11 Dekabr

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl Bakıya səfər edəcək. 

Bu barədə  Stefan Şenak məlumat verib. 

O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: "Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq: seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkiləri müşahidə edəcəyik". 

Xatırladaq ki, AŞPA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.(report)


Oxunma sayı: 4830

Oxşar yazılar