İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı

  • 21:42 - 11 Dekabr

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat İdarəsi FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 30 nəfərin saxlanılması məqsədilə genişmiqyaslı əməliyyat keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat zamanı 33 ünvanda axtarış aparılıb. Nəticədə 22 nəfər saxlanılıb.

Daha 8 nəfərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Oxunma sayı: 4907

Oxşar yazılar