"Boeing"in tədarükü 2 dəfə azalıb

  • 21:08 - 11 Dekabr

Bu ilin yanvar-noyabr aylarında ABŞ-ın təyyarə istehsalçısı "Boeing" korporasiyası müştərilərinə 345 təyyarə çatdırıb. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% və yaxud təxminən 2 dəfə az, onun Avropadan olan rəqibi "Airbus" şirkətinin təyyarə tədarükünün isə yarısı qədərdir. 

Xatırladaq ki, "Boeing"in "737 Max" tipli təyyarələrində yaşanan qəzalardan sonra ABŞ-ın Federal Aviasiya Administrasiyası analoji təyyarələrin uçuş icazəsini ləğv edib. (report)


Oxunma sayı: 4522

Oxşar yazılar