AŞPA Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək

  • 18:32 - 11 Dekabr

Avropa Şurası Parlament Assambleyası (AŞPA) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.   

Bu barədə “Report”un Fransa bürosuna AŞPA-nın Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəçisi Stefan Şenak məlumat verib. 

Onun sözlərinə görə, dekabrın 14-də AŞPA-da müşahidəçilərdən ibarət komissiya yaradılacaq və tərkibi təsdiq ediləcək: "Müşahidəçilərin sayı 30-dan çox olacaq".


Oxunma sayı: 10561

Oxşar yazılar