“Nobel medalımı geri qaytaracam” – İsveçli jurnalistdən soyqırımı inkar edən yazıçıya etiraz

  • 17:31 - 11 Dekabr

Bosniya-Herseqovinada baş verən soyqırımı inkar edən və hər fürsətdə serb lider Slobodan Miloşeviçə heyranlığını bildirən avstriyalı yazıçı Peter Handkeyə ədəbiyyat üzrə Nobel mükafatı verilməsi İsveçin Stokholm şəhərində etirazla qarşılanıb.

Avropa.info xəbər verir ki, jurnalist Kristina Doktar etirazda iştirak edərək çıxış edib.

1988-ci ildə BMT Sülh Korpusunda etdiyi xidmətlərə görə medal alan Doktar “İsveç Akademiyası ilə fəxr edirdim, ancaq hazırda tək hiss etdiyim utancdır. 27 il əvvəl soyqırımın şahidi oldum. Nobel sülh Mükafatının Bosniya-Herseqovinada baş verən soyqımı inkar edən Peter Handkeyə verilməsindən dolayı Nobel medalımı geri qaytaracam” – o, belə deyib.


Oxunma sayı: 6117

Oxşar yazılar