Türkiyə XİN Astana prosesi ilə bağlı bəyanat yaydı

  • 16:23 - 11 Dekabr

Türkiyə XİN Qazaxıstan paytaxtı Nursultanda keçirilən Astana prosesinin 14-cü iclası ilə bağlı bəyanat yayıb.

Avropa.info xəbər verir ki, bəyanatda tərəflərin Suriyanın siyasi həmrəyliyi ilə ərazi bütövlüyünə qəsd edən və qonşu ölkələrin milli təhlükəsizliyinə təhlükə yaradan separatçı gündəmləri rədd etdikləri, “özünüidarəetmə” təşəbbüsləri daxil olmaqla terrorla mübarizə bəhanəsi ilə yeni reallıqların yaradılmasının qəbuledilməzliyi əksini tapıb.

İclasda Türkiyə və Rusiya arasında imzalanan Soçi memorandumu da vurğulanıb.


Oxunma sayı: 4951

Oxşar yazılar