Prezident Administrasiyasında yeni təyinat – Sərəncam

  • 16:19 - 11 Dekabr

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.


Oxunma sayı: 4368

Oxşar yazılar