Saatlı sakinindən narkotik götürülüb

  • 16:00 - 11 Dekabr

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avropa.info-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayon sakini Elçin Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat tədbirinin davamı olaraq E.Ağayevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.


Oxunma sayı: 11089

Oxşar yazılar