“Apple”, “Google”, “Microsoft” kimi nəhəngləri ötərək dünyanın ən bahalı şirkəti oldu

  • 15:10 - 11 Dekabr

Səudiyyə Ərəbistanın neft şirkəti “Saudi Aramco”nun aksiyaları birjaya çıxarıldığı ilk gün günü 10% yüksəlişlə başa vurub.

Avropa.info xəbər verir ki, bazar qiyməti 1,7 trilyon dollar olan şirkətin ictimaiyyətə təqdim olunması ilə dəyəri 1,88 trilyon dollara qalxıb. Şirkətin dəyərinin Səudiyyə krallığının müəyyən etdiyi 2 trilyon dolları keçməsi gözlənilir.

Səhmlərinin dəyəri artan “Saudi Aramco” “Apple”, “Google”, “Microsoft” kimi nəhəngləri ötərək dünyanın ən bahalı şirkəti olub.

Səudiyyə Ərəbistan şirkətinin dəyəri dünyanın 5 böyük neft şirkətinin (“Exxon”, Mobile”, “Total”, “Royal Dutch Shell”, “Chevron” və BP) ümumi qiymətindən çoxdur.


Oxunma sayı: 11540

Oxşar yazılar