Qurban Qurbanov: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"

  • 14:20 - 11 Dekabr

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunun "Düdelanj"la Bakıdakı oyunuöncəsi mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə sabahkı matçla bağlı fikirlərini bölüşüb: “Son oyunumuzdur. Hiss olunur ki, maraq azdır. Oyuna ciddi hazırlaşırıq. İstəyirik, yaxşı hazırlaşaq və turniri qələbə ilə başa vuraq”.

- Komandanı oyuna hazırlamaq çətindir?

- Mən azarkeşləri nəzərdə tuturdum. Komandanı hazırlamaq hər zaman çətindir. Tanıdığımız rəqibdir. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Marağın az olmasının sizə nə dərəcədə təsiri olub?

- Bilirik ki, hər oyun ciddidir. Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq.

- İlk dəfə tam heyətlə oyuna hazırsınız. Bu durum sizdə acı gülmək yaradırmı?

- Belə deməzdim. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Xayme komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdı. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər.

- Lüksemburqdakı qələbə sizin üçün üstünlükdürmü?

- Üstünlük öz meydanımızda oynamağımızdır. Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq. Doğma meydanımızda oynayacağıq.


Oxunma sayı: 2256

Oxşar yazılar