“S-400 HHM sistemindən imtina etmək fikrində deyilik” – Hulusi Akar

  • 13:29 - 11 Dekabr

Ankara Rusiyadan satın aldığı S-400 HHM sistemindən imtina etmək fikrində deyil.

Avropa.info xəbər verir ki, bu sözləri ABŞ-ın türk-rus müqaviləsinə mənfi reaksiyasını şərh edən Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, ABŞ-la aralarında olan ziddiyyətlərin aradan qaldırılması S-400 sistemlərinin Türkiyə yerləşdirilməsi faktına əsaslanmalıdır.

“Türkiyə ABŞ-dan NATO müttəfiqliyi ruhuna cavab verən addımlar gözləyir. Diqqətimizi S-400-lərin Türkiyədəki varlığı nəzərə alınmaqla mövcud vəziyyətdən çıxış yollarını axtarmağa cəmləməliyik” – Akar deyib.

O, iki batareyadan ibarət bir S-400 divizionunun artıq yerləşdirildiyini, döyüş hazırlığı vəziyyətinə gətirilmə prosesinin getdiyini bildirib.

“Hazırlıq yerləşdiriləcəyi ərazi və testləri nəzərdə tutur. Personalın təlim prosesi dekabrda yekunalaşacaq. Hazırda türk mütəxəssisləri Rusiyadadır. Türkiyəyə qayıtdıqdan sonra əlavə hazırlıq keçəcəklər” – türk nazir deyib.

Akarın sözlərinə görə, S-400-lər 2020-ci ilin aprelinədək  işə düşəcək. O, Türkiyənin milli “Hisar” və “Siper” HHM sistemlərinin tədqiqatının aparıldığını deyib.


Oxunma sayı: 4269

Oxşar yazılar