Akademik Musiqili Teatrda "Toya bir gün qalmış" 40-cı dəfə...

  • 13:06 - 11 Dekabr

15 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Şöhrət” ordenli Xalq artisti, milyonların gülüş payı Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” iki hissəli komediyası 40-cı dəfə nümayiş olunacaq.

Avropa.info xəbər verir ki, tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın​ repertuarındadır və​ artıq neçə ildir ki, uğurla nümayiş olunur.​ Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın sevimli aktyorları – Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar – Möylə Mirzəliyev,  Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər.​

Əsərin süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngindir. 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir.​ 

Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar. 


Oxunma sayı: 7437

Oxşar yazılar