“Saudi Aramco”ya hücumun arxasında İranın dayanması ilə bağlı sübut tapılmadı – BMT hesabatı

  • 12:28 - 11 Dekabr

Səudiyyə Ərəbistanın “Saudi Aramco” neft şirkətinin obyektlərinə hücumun arxasında İranın dayanması ilə bağlı sübut tapılmadı.

Avropa.info xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Qutterişin hesabatında deyilir. 

“Hazırki mərhələdə hücumun təşkil olunduğu raket və PUA-ların İrana məxsusluğunu təsdiq etmək mümkün deyil” – hücum vasitələrinin parçalarını tədqiq edən BMT ekspertləri bu nəticəyə gəliblər.

Hesabatda may ayında Səudiyyə Ərəbistanın Afif şəhərində, Abha beynəlxalq aeroportunda (iyun, avqust) və “Saudi Aramco” obyektlərində (sentyabr) tapılan parçaların BMT ekspertləri tərəfindən araşdırıldığı qeyd olunur.

Tapılan nümunələrdən heç birinin İrana aidiyyətini təsdiqləmək mümkün olmayıb. BMT-nin araşdırma və analizləri davam etdirəcəyi bildirilir. Hesabatda həmçinin Yəmənin “Ənsərullah” hərəkatının bu cür silahlara sahib olmadığı qeyd olunur. 

PUA-ların təchiz olunduğu Model V9 vertikal hiroskoplarının 2016-cı ildə Əfqanıstanda istifadə olunduğu bildirilir. Sənəddə, Model V9-un istehsalçısının hələ müəyyən olunmadığı bildirilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın neft obyektləri 14 sentyabr tarixində səhər saat 4:00 radələrində hücuma məruz qalmışdı. Hücumun məsuliyyətini “Ənsərullah” hərəkatı öz üzərinə götürmüşdü.


Oxunma sayı: 3895

Oxşar yazılar