“Sanksiyalar qəbul edilərsə...” - Çavuşoğludan ABŞ-a xəbərdarlıq

  • 11:58 - 11 Dekabr

ABŞ Türkiyə əleyhinə sanksiyalar qəbul edəcəyi halda Adanadakı İncirlik hərbi bazası və Malatyadakı Kürəcik radar bazası gündəmə gələ bilər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“Konqres üzvlərinin məcburiyyətlə nə isə əldə etməyin mümkün olmadığını başa düşməsi lazımdır” – Çavuşoğlu belə deyib.

Türk nazir Aralıq dənizində baş verən proseslsərlə bağlı “Qitə şelfimiz daxilində bizdən icazəsiz fəaliyyət aparıla bilməz, olarsa qarşısını alarıq” deyib. 

O, Türkiyə və İngiltərənin birgə başlatdığı “Milli döyüş təyyarəsi” proqramı TF-X-i sürətləndirdiklərini bildirib.


Oxunma sayı: 5094

Oxşar yazılar