Avropada “soyuq müharibə” dövründən bu yana ən böyük hərbi təlimlər keçiriləcək

  • 11:06 - 11 Dekabr

ABŞ “soyuq müharibə”nin başa çatmasından sonra Avropada ən böyük hərbi təlimləri keçirməyi planlayır.

Avropa.info xəbər verir ki, bu barədə “Reuters”ə NATO-nun Belçikada yerləşən hərbi qərargahından müttəfiqlərin əməliyyatlarını idarə edən amerikalı general-mayor Berri Siquin açıqlama verib.

2020-ci ilin yazında Avropaya 20 min ABŞ hərbçisi göndəriləcək. Amerikalı əsgərlər əvvəlcə Belçika və Hollandiyaya, daha sonra Almaniyadan keçərək Polşa və NATO-nun şərq sərhədlərindəki bazalarında yerləşdiriləcək.

Avropada daha əvvəl yerləşdirilmiş amerikan və müttəfiq qoşunlarına qoşulacaq təlim iştirakçılarının sayı 37 min nəfər olacaq. 

Təlimin məqsədi 2014-cü ildə Krımı ilhaq etməsi nümunəsinə cavab olaraq Rusiyaya xəbərdarlıq göndərməkdir.


Oxunma sayı: 4313

Oxşar yazılar