Vasif Talıbov Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

  • 22:40 - 10 Dekabr

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ¬Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Avropa.info-ya bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, onu səfir təyin olunması münasibətilə təbrik edib. 

Naxçıvanın ərazisi, əhalisi, keçdiyi inkişaf yolu barədə məlumat verən Ali Məclisin Sədri muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə -çatdırıb. Qeyd olunub ki, muxtar respublika özünü əsas ərzaq və sənaye məhsulları ilə təmin edir və ixrac imkanlarına malikdir. 

Səfir Serjan Abdıkarimov səmimi görüşə görə minnətdarlıq edib. Azərbaycanda diplomatik fəaliyyətə başlaması və Naxçıvana səfərindən məmnunluğunu bildirən qonaq Qazaxıstan və Azərbaycan arasındakı mövcud əlaqələrdən danışıb. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini bildirən diplomat bu sahədə səylərin artırılacağını qeyd edib.


Oxunma sayı: 3983

Oxşar yazılar