Erkin Qədirli növbədənkənar seçkilərə qatılacağını açıqlayıb

  • 20:55 - 10 Dekabr

ReAl Partiyasının xarici əlaqələr üzrə katibi, siyasi şərhçi Erkin Qədirli 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.

Bu barədə o, "Facebook"da yazıb.

"Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAl-da çox tənqid olundum", - E.Qədirli qeyd edib.

Qeyd edək ki, E.Qədirli bundan əvvəl Milli Məclisə keçirilən seçkilərə qatılmayacağını açıqlamışdı.


Oxunma sayı: 1090

Oxşar yazılar