Çexiya Sarkisyanın qardaşı oğlunu Yerevana təhvil verəcək

  • 10 Dek - 2019

Çexiya keçmiş prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edəcək.

Virtualaz.org “Sputinik Ermənistan”a istinadən bildirir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan öz "Facebook" səhifəsində məlumat yayıb.

O qeyd edib ki, Çexiya hüquq-mühafizə orqanları Ermənistanın Baş Prokurorluğunun axtarışda olan Narek Sarkisyanın cinayət təqibi məqsədi ilə Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

"Bununla əlaqədar olaraq Ermənistan Baş Prokurorluğu polisə Narek Sarkisyanın ekstradisiyasını təşkil etməyi tapşırıb", - deyə Q. Abrahamyan əlavə edib.

Nəşr xatırladır ki, daha əvvəl Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik vasitələri saxlamaqda şübhəli bilinərək axtarışa verilib. 2018-ci ilin dekabrında İnterpol onu Franklin Qonsales pasportu ilə gizləndiyi Praqada tapıb.


Oxunma sayı: 892

Oxşar yazılar