Elmar Məmmədyarov Latviyaya səfər edəcək

  • 18:36 - 10 Dekabr

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 12-də Latviyaya rəsmi səfər edəcək.

Latviyanın Azərbaycandakı səfirliyindən Avropa.info-ya verilən məlumata görə, iki günlük səfəri çərçivəsində E. Məmmədyarov latviyalı həmkarı Edqar Rinkeviçslə görüşəcək. 

E. Məmmədyarovun Latviya Prezidenti Eqils Levits, Latviya Seyminin spikeri İnara Murnietse və Müdafiə naziri Artis Pabrikslə görüşləri də gözlənilir.

 

Azərbaycan XİN başçısı Riqada yerləşən "İşğal" muzeyinə və həmçinin Latviya Milli Kitabxanasına baş çəkəcək.


Oxunma sayı: 4522

Oxşar yazılar