Putinin adamından “təhlükəsizlik zonası” açıqlaması

  • 17:43 - 10 Dekabr

Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusui nümayəndəsi Aleksandr Lavrentyev Qazaxıstan paytaxtı Nursultanda keçirilən Astana prosesinin 14-cü turu ilə bağlı mətbuata açıqlama verib. 

Avropa.info xəbər verir ki, Lavrentyev Putin və Ərdoğan arasında Soçidə imzalanan müqavilədə nəzərdə tutulan təhlükəsizlik zonasının genişlənməyəcəyini qeyd edib:

“Regionun mövcud status-kvosunun qorunmalı olduğunu düşünürük. Genişləmə heç bir fayda verməz”.

O, təhlükəsizlik zonasındakı vəziyyətin stabil olduğunu və Rusiyanın müqavilə çərçivəsində öhdəliklərini yerinə yetirmə niyyətində olduğunu qeyd edən rus rəsmi bu sözləri deyib:

“Əlbəttə, müxtəlif tərəflər tərəfindən təxribatlara yol verilir. Ancaq vəziyyəti stabilləşdirməyi bacardıq. Bu pozitiv işarədir. Rusiya öhdəliklərini yerinə yetirmək niyyətindədir”.


Oxunma sayı: 4863

Oxşar yazılar