Daha bir rayonda icbari tibbi sığorta tətbiq ediləcək - Sərəncam

  • 17:38 - 10 Dekabr

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncamla Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəxananın işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılıb.


Oxunma sayı: 3851

Oxşar yazılar