“Nobel mükafatı mənim üçün bitib, versələr də almaram” – Ərdoğan

  • 16:58 - 10 Dekabr

Türkiyə prezidenti Ərdoğan ədəbiyyat üzrə 2019-cu il Nobel mükafatının Serebrenitsa qırğınını və serb müharibə cinayətkarlarını inkar edən avstriyalı yazıçı Peter Handkeyə verilməsinə etiraz edib.

Avropa.info xəbər verir ki, Ərdoğan Nobel mükafatının ona verilməsi halında belə qəbul etməyəcəyini bildirib.

“Bu çox vacib imtahan idi və Nobelin nə olduğu ortaya çıxdı. Nobel özünü tükədib, özünü bitirib. Nobel tamamilə ideoloji hərəkət edən təşkilatdır. Mənim üçün Nobelin heç bir qiyməti yoxdur. Belə bir zalıma mükafat verməklə buna ortaq olub. Bu cür şeyi qəbul etməyimiz mümkün deyil. Bu adamın dəstək verdiyi adamlar hamısı hökm oxunmuş şəxslərdir. Bu şəxslərə mədhiyyələr qoşan birinə mükafat verirsinizsə, sizin artıq beynəlxalq aləmdə təqdir oluncaq heç bir tərəfiniz qalmayıb. Mənə Nobel mükafatı verilərsə, almaram”.


Oxunma sayı: 10781

Oxşar yazılar