“EuroHome”dakı yanğın zamanı 13 nəfərə tibbi yardım edilib - Rəsmi

  • 10 Dek - 2019

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı daha bir açıqlama yayıb.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub:

“Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yara diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib”.

Rəsmi məlumata görə, hazırda ərazidə 2 təcili tibbi yardım briqadası var.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.


Oxunma sayı: 1409

Oxşar yazılar