Əbu Bəkr məscidinə yeni imam seçiləcək? – Yenilənib

  • 15:01 - 10 Dekabr

“Bakının Nərimanov rayonunda yerləşən Əbu Bəkr məscidinə imam, məscidin icması tərəfindən seçiləcək”.

Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

“İmamı kollektiv şəkildə seçmək üçün məscid daxilində icma müəyyənləşdirilir. İcma Qafqaz Müsəlmanlar İdarəsinə bu barədə müraciət göndərir, sonradan onların rəyi bizə bildirilir. İcma qediydiyyata alındıqdan sonra kimin icma sədri olması məlum olur. Din xadiminin təsdiq olunması məsələsi isə Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətləri çərçivəsindədir”.

S.Heydərov deyib ki, məscidin minarəsi əyildiyi üçün hələlik bu istiqamətdə işlər gedir:

“Ekspertlər əyilmənin qarşısını ala bilsə və yaxud minarə yenidən sökülüb yığılsa, məscid fəaliyyət göstərəcək, icma müəyyənləşəcək. Ümumiyyətlə məsciddə icmanın yaradılması gündəmdə idi, sadəcə qəzalı vəziyyət yarandı deyə, iş uzandı”.

Qeyd edək ki, Əbu Bəkr məscidi bağlanana kimi orada imam Qamət Süleymanov olub.

2008-ci ilin 17 avqustunda Əbu Bəkr məscidinə terror hücumu olandan sonra bu dini ibadətgahın fəaliyyəti məhdudlaşdırılmışdı. O zaman məscidə atılan qumbaranın partlaması nəticəsində 2 nəfər ölmüş, 18 nəfər yaralanmışdı. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da var idi.

Əbu Bəkr Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilib. Məscid daha çox sələfilərin namaz qıldığı məkan kimi tanınmışdı.

***

“20 ildir ki, Əbu Bəkr məscidinin imamı mənəm, hələ ki dəyişən heç nə yoxdur”.

Bunu Modern.az-a açıqlamasında 2008-ci ildən fəaliyyəti dayandırılmış Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanlı bildirib. O icmanın tərkibinin dəyişəcəyini də vurğulayıb.

“İcma hazırda 50 nəfərdən ibarətdir, gələcək zaman ərzində kolektiv yenilənəcək. Yeni qaydalara əsasən, icma üzvlərinin sayı çox olmalıdır. Ümumilikdə məsciddə iki problem var: biri minarənin qəzalı vəziyyəti, biri də icma üzvlərinin azlığı ilə bağlı. Ümid edirəm ki, hər iki məsələ bu yaxınlarda öz həllini tapacaq”.

2008-ci ilin 17 avqustunda Əbu Bəkr məscidinə terror hücumu olandan sonra bu dini ibadətgahın fəaliyyəti məhdudlaşdırılmışdı. O zaman məscidə atılan qumbaranın partlaması nəticəsində 2 nəfər ölmüş, 18 nəfər yaralanmışdı. Yaralananlar arasında məscidin imamıQamət Süleymanov da var idi.

Əbu Bəkr Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilib. Məscid daha çox sələfilərin namaz qıldığı məkan kimi tanınmışdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu gün mətbuata bildirib ki, Əbu Bəkr məscidinin yenidən açılması istiqamətində iş gedir.


Oxunma sayı: 8548

Oxşar yazılar