"Qarabağ Azərbaycandır!" şüarı Dünya kuboku turnirində

  • 13:02 - 10 Dekabr

Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin, Dünya Budo Döyüş Növləri Federasiyasının və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə budo döyüş növləri üzrə dünya kuboku turniri keçirilib.

14 ölkədən 900-dək idmançı iştirak edib. Yarışlar semi-kontakt, full-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib. 

Dünya kuboku turnirində iştirak edən klubların arasında "Qarabağ Azərbaycandır !" şüarı altında yeni təsis edilən "Qarabağ" döyüş növləri klubuda iştirak edib. Klub 10 nəfər idmançı ilə turnirə qatılaraq uğura imza atıb. Bunları mətbuata klubun rəhbəri Akşin Hüseynov açıqlamasında bildirib.


Oxunma sayı: 7822

Oxşar yazılar