Trampdan yəhudilərə şok sözlər: “Siz qəddar qatillərsiniz, amma mənə səs vermək zorundasınız”

  • 10 Dek - 2019

ABŞ prezidenti Donald Tramp seçki kampaniyasına rekord məbləğdə ianə verməklə gündəm olan Şeldon Adelsonun təsis etdiyi İsrail Amerikan Şurasında çıxış edərək, yəhudilərin Demokrat partiyasına səs verməsini tənqid edib.

Avropa.info xəbər verir ki, yəhudilərin sələfi Barak Obamaya səs verməklə səhvə yol verdiyini bildirən Tramp “Bir çoxunuz əvvəlki hakimiyyət səs verdiniz. Bir gün bunu mənə açıqlamanız lazım gələcək, çünki onların İsraili elə də sevdiyini zənn etmirəm. Yəhudi dövlətinin Ağ Evdə prezidentiniz Donald Trampdan daha yaxşı dostu heç vaxt olmadı” deyib.

Yerli hindu köklərinin olduğu iddia edilən Demokrat partiyasının prezidentliyə əsas namizədlərindən biri Yelizaveta Varreni Pokahontas adlandıran Tramp çıxışında bu sözləri deyib:

“Sizi çox yaxşı tanıyıram, bir çoxunuz əmlak bazarındasız. Siz qəddar qatillərsiz. Heç də xoşa gələn adamlar deyilsiniz. Amma mənə səs vermək məcburiyyətindəsiz. Başqa seçiminiz yoxdur. Sizə bir şey deyim, Pokahontas səs verəcək deyilsiniz. “Sərvətinin 100%-ni alaq” deyən mülkiyyət vergisinə səs verəcək deyilsiniz. Bəziləriniz məndən xoşlamasa da, mənə səs verəcək”.

Tramp 2016-cı il prezident seçkisi kampaniyasına son mərhələsində üçü də yəhudi olan – Fed sədri Canet Yellen, “Goldman Sachs” sədri Lloyd Blankfein və maliyyə fırıldaqçısı Corc Sorosdan bəhs edən reklam roliki çəkdirmişdi. “Vaşinqtonda güc mərkəzlərini nəzarət edənlərdən”, “bu insanlarla əməkdaşlıq edənlərin başlarında yaxşı heç nə olmayacağından” bəhs edən reklamda “qlobal yəhudi hakimiyyətinin” olması və Demokrat partiyasından rəqibi Hillari Klintonun bunların əlaltısı olması tezisi əks olunmuşdu.

2017-ci ildə Şarlotsvildə bir nəfərin ölümünə səbəb olan neo-nasist və Klansman hücumu ilə bağlı Tramp hər iki tərəfdəki nifrət və şiddəti qınamışdı. Bu ilin aprelində isə amerikalı yəhudilərlə görüşdə Netanyahu üçün “Sizin prezidentiniz” ifadəsi işlətmişdi. Avqust ayında isə “Demokrat partiyaya səs verən yəhudi ya məlumatsızdır, ya da sədaqətsiz” sözləri ilə antisemitzm müzakirələrinin ortaya çıxmasına səbəb olmuşdu.


Oxunma sayı: 1684

Oxşar yazılar