Hulusi Akar: "YPG terrorçudur, PKK-nın Suriya qoludur və PKK-dan heç bir fərqi yoxdur"

  • 10 Dek - 2019

“YPG-nin PKK-dan heç bir fərqi yoxdur. Bundan imtina etməyimiz mümkün deyil. YPG terrorçudur və bütün dünya bunu belə də biləcək”.

Avropa.info-nun məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlamasında deyib.

Müdafiə naziri Londonda təşkil edilən NATO zirvəsindən sonra "Türkiyə YPG tezislərindən imtina etdi, Baltik və Polşa planlarını təsdiqlədi, bu səbəbdən bu məsələ sona çatdı” kimi bir fikrin ortaya çıxmasına cavab olaraq bildirib ki, qəti olaraq belə bir şeydən söhbət gedə bilməz: "YPG terrorçudur, PKK-nın Suriya qoludur və PKK-dan heç bir fərqi yoxdur. Bundan hər hansı bir şəkildə imtina etməyimiz və ya təxirə salmağımız əsla mümkün deyil. YPG terrorçudur, bunu bütün dünya belə də biləcək”.

Nazir bu məsələnin qeyri-rəsmi görüşlərdə bütün millətlər tərəfindən qəbul edildiyini xatırladaraq:“Normal zəkaya sahib olan bir insan əlimizdəki məlumatları, sənədləri, fotoşəkilləri görəndə, o hesabatları oxuyanda YPG-nin PKK-nın bir qolu olduğunu, uydurma bir qərargah olaraq bilinən Kandildən əmr aldığını, fəaliyyət göstərdiyini görür, başa düşür. Ancaq siyasi səbəblər, bəzi hüquq və mənfəətləri qorumaq üçün bütün bunların ifadə edilməsindən çəkinirlər”- deyə ifadə edib.


Oxunma sayı: 892

Oxşar yazılar