“Yunanıstanın əli-qolu bağlandı, onları dəli edən də budur” – Ərdoğan

  • 12:03 - 10 Dekabr

Türkiyə prezidenti Ərdoğan 27 noyabrda Liviya ilə imzalanan “Dəniz yurisdiksiyalarının məhdudlaşdırılmasına dair anlaşma memorandumu” haqda açıqlama verib.

Avropa.info xəbər verir ki, Aralıq dənizinin şərqində yerləşən ölkələrin etirazına səbəb olan müqavilə ilə bağlı TRT-yə müsahibəsində Ərdoğan bu sözləri deyib:

“Bu haqları qoruyacağıq. Türkiyə həm qarşı sahil ölkəsi Liviya ilə razılığa gələrək, beynəlxalq hüquqa uyğun davranıb, həm də iki ölkə arasında çəkilən xətt, adalar deyil, Ankara üzərindən çəkildiyi üçün Yunanıstanın əlini-qolu bağlandı. Yunanıstanı da dəlin edən budur. Onların işlətdiyi ifadələr bizi bunu deməyə məcbur edir. Yunanıstanın etiraz edə biləcəyi paraqraf yoxdur. 

Liviya istəyərsə, Türkiyə bunun qərarını özü verər, kimsədən icazə almarıq. Türkiyə xaricinə hərbçi göndərilməsi ilə bağlı atılmalı addımlar var. Liviyaya hər cür dəstək verməyə hazırıq”.


Oxunma sayı: 2784

Oxşar yazılar