“EuroHome”dakı yanğın Məleykə Abbaszadənin görüşünü təxirə saldı

  • 11:56 - 10 Dekabr

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Xırdalan şəhərində, Heydər Əliyev Mərkəzində bu gün keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu “EuroHome” tikinti materialları bazarında baş verən güclü yanğına görə təxirə salınıb.

DİM-dən Avropa.info-ya verilən məlumata görə, vətəndaşların qəbulunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Bundan başqa, vətəndaş qəbulundan sonra keçirilməsi planlaşdırılan fənlər üzrə müəllimlərin elmi-metodiki seminarlarında iştirak edəcək müəllimlərlə əlaqə saxlanılıb və onlar da məlumatlandırılıb.


Oxunma sayı: 3136

Oxşar yazılar